Azərbaycanda dizel yanacağının istehsalı 2% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 019,1 mln. manat olub. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 3,4% azalıb. Hesabat dövründə ölkədə 397,7 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 4% azdır. Mayın 1-i tarixinə 75,8 min ton həcmində hazır məhsul ehiyatı qalıb.
Bu ilin yanvar-aprel ayları ərzində 104,2 min ton neft-kimya sənayesində istinadə üçün benzin, 196,5 min ton ağ neft, 682 min ton dizel yanacağı, 25,7 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 41,8%, ağ neft istehsalında 2,6%, dizel yanacağının istehsalında 2,1%, yanacaq mazutunun istehsalında 9,4% artım qeydə alınıb.
Həmçinin, bu ilin 4 ayında ölkədə 5,4 min ton sürtkü yağları, 49,2 min ton neft bitumu, 81,8 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 70%, neft bitumunun istehsalı 42,2%, neft koksunun istehsalı 7,2% azalıb.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










