Azərbaycanda dizel yanacağının istehsalı 4% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 256,1 mln. manat təşkil edib. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,7% azalıb. Hesabat dövründə ölkədə 499,8 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 4,2% azdır. İyunun 1-i tarixinə 66,9 min ton həcmində hazır məhsul ehiyatı qalıb. Bu ilin yanvar-may ayları ərzində 136,4 min ton neft-kimya sənayesində istinadə üçün benzin, 254,4 min ton ağ neft, 885,9 min ton dizel yanacağı, 32,8 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 47,9%, ağ neft istehsalında 2,7%, dizel yanacağının istehsalında 4,2%, yanacaq mazutunun istehsalında 9% artım qeydə alınıb. Həmçinin, bu ilin beş ayında ölkədə 6,8 min ton sürtkü yağları, 72,8 min ton neft bitumu, 102 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 76,6%, neft bitumunun istehsalı 34,9%, neft koksunun istehsalı 7,4% azalıb.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












