Banner

Azərbaycanda elektrobusların yığılmasına başlanacaq - FOTO

Gündəm 24 Yanvar 2019 20:14 Oxunub 891
Azərbaycanda elektrobusların yığılmasına başlanacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kombayn tərkib hissələrinin tədarükü barədə saziş imzalayıb

Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Gəncə Avtomobil Zavodundan bildiriblər.

Bununla bağlı saziş Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov və zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyevin Belarusa səfəri çərçivəsində imzalanıb.

Tərəflər Minsk Avtomobil Zavodunun (MAZ) avtobuslarının yığılması, “Belkommunmaş” şirkəti tərəfindən istehsal olunan elektrobus tərkib hissələrinin tədarükü və “Qomselmaş” zavodunda istehsal olunan kombayn tərkib hissələrinin tədarükü barədə saziş imzalayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh