Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA

Son dövrlərdə elektrik skuterləri geniş yayılmış nəqliyyat vasitələrindən birinə çevrilib. Onların istifadəsində hava şəraiti də nəzərə alınmalıdır.
Əlverişsiz hava şəraiti yollarda hərəkəti çətinləşdirməklə yanaşı, bəzi nəqliyyat vasitələrinin sürücüləri üçün ciddi təhlükələr yaradır. Xüsusilə güclü külək və intensiv yağış zamanı skuter sürücülərinin yolda hərəkəti çətinləşir və qəza riski artır. Türkiyənin bəzi vilayətlərində əlverişsiz hava şəraiti ilə əlaqədar skuterlərin müəyyən saatlarda hərəkətinə qadağa qoyulub.
Bəs Azərbaycanda da bu qadağanın tətbiqinə ehtiyac varmı?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, bizim ölkəmizdə belə təcrübə yoxdur:

“Mən düşünmürəm ki, biz hava şərtləri ilə əlaqələr olaraq nəqliyyat vasitələrinin istismarına qadağa qoymalıyıq. Hər bir yol hərəkəti iştirakçısı öz risklərini nəzərə almalı və buna uyğun davranmalıdır”.
Züleyxa Allahverdiyeva
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO












