Azərbaycanda əxlaq polisi yaradıla bilər? – DEPUTAT SOSİAL ŞƏBƏKƏLƏRDƏKİ VƏZİYYƏTDƏN DANIŞDI

Son vaxtlar sosial şəbəkələrdə “tiktokerlərin” törətdikləri qanunsuz davranışlar hadisələr ölkədə gündəm mövzusuna çevrilib. Əxlaqsızlığı və narkomaniyanı təbliğ edən sosial şəbəkə fenomenləri hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq lazımi cəza almalaarı ilə əlaqədar tədbirlər görülür.
Bəs son dövrlərdə “Tik-Tok” sosial şəbəkəsində əxlaqsız əməllərlə gündəmə gələn həbsləri və ya etikadan kənar davranışları nəzərə alsaq, Azərbaycanda əxlaq polisi yaradılmalıdırmı?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu, ciddi bir problem və narahatlıq doğuran məsələdir:

“Dünyanın müxtəlif ölkələrində sosial şəbəkələr, xüsusilə “TikTok” mənəvi dəyərlərin və insani əməllərin təbliği məqsədilə istifadə olunur. Ancaq bizdə bu platformanın mənfi məqsədlərlə istifadə edildiyini müşahidə edirik. Çin seqmentinə baxsaq, daha çox insanlararası münasibətlər, əxlaq, mənəviyyat və digər sahələrdə paylaşımların üstünlük təşkil etdiyini görərsiniz. Təəssüf ki, bizdə bəzi şəxslər bu platformadan tamamilə fərqli və mənfi məqsədlər üçün istifadə edirlər.
Hesab edirəm ki, Daxili İşlər Nazirliyi (DİN) bu işin öhdəsindən layiqincə gəlir. Nazirlik son vaxtlar bu cür fəaliyyətlə məşğul olan şəxslərə qarşı tədbirlər görür və lazımi addımlar atır. Eyni zamanda DİN-in tərkibində ictimai-siyasi sabitliyin qorunması və milli məsələlərlə bağlı ayrıca struktur bölmə fəaliyyət göstərir.”
Deputat vurğulayıb ki, Azərbaycan polisi bu məsələni uğurla həyata keçirir:

“Hazırkı dövrdə bunun üçün ayrıca bir xüsusi strukturun yaradılmasına zərurət görmürəm. Belə bir struktur İranda mövcuddur, lakin onlar daha çox hicab və digər məsələlərə nəzarət edirlər. Bizim ölkəmizdə isə bu sahədə polisin fəaliyyəti kifayət qədər səmərəli və uğurludur. Əsas məsələ sosial şəbəkə mədəniyyətini insanların arasında formalaşdırmaqdır. Bu, yalnız inzibati tədbirlərlə həll edilə bilən bir məsələ deyil. İnsanlar məsuliyyətli davranmalı və sosial şəbəkələrdə əxlaqi dəyərləri qorumağın vacibliyini anlamalıdırlar”.
C. Məmmədov əlavə edib ki, sosial şəbəkələri bağlamaqla əxlaqsızlıq və tərbiyəsizliyin aradan qalxacağı fikri doğru deyil:
“Sadəcə hazırda olan hadisələr “Tik-Tok”da daha çox yayılır. Mənəvi dəyərlərin təbliği isə insanların məsuliyyətli davranışından asılıdır.”
Eltac Zülfüqaroğlu
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO










