Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu gün Qax rayonunda keçirdiyi əməliyyat nəticəsində icra başçısı Musa Şəkiliyev saxlanılıb.

O, korrupsiya əməllərində ittiham olunur. Qeyd edək ki, M.Şəkiliyev Azərbayanda saxlanılan ilk icra başçısı deyil. Belə ki, müxtəlif dövrlərdə hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın bəzi rayonlarında bu kimi əməliyyatlar həyata keçirilib. Bir neçə icra başçısı həbs edilib.
Unikal həbs edilən icra başçılarının siyahısını hazırlayıb.

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev 2019-cu ildə müavini Ramiz Tatarovla birlikdə həbs edilmişdi. O, 2021-ci ildə koronavirusdan vəfat edib. Ramiz Tatarov isə bir müddət əvvəl şərti azadlığa buraxılıb.

Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov da 2019-cu ildə saxlanılıb. O, 2023-cü ildə azadlığa buraxılıb, bir müddət sonra isə vəfat edib.

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev isə 2020-ci ildə tutulub. Onun cəzası 10 ildən 6 il 2 aya qədər azaldılıb.

İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 2020-ci ildə DTX tərəfindən saxlanılıb. Ona 12 il həbs cəzası verilsə də, Ali Məhkəmə cəzanı 8 il 6 aya endirib.

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev də 2020-ci ildə saxlanılıb. O 11 illik həbs cəzasına məhkum edilsə, Ali Məhkəmə cəzanı 8 il 3 aya qədər azaldıb.

2020-ci ildə həbs olunan daha bir rayon rəhbəri isə Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovdur. Cəzası 12 ildən 11 il 9 aya endirilən N.Zeynalov hazırda həbsdədir.

Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov da həbs həyatı yaşayıb. Belə ki, o, 2020-ci ildə həbs olunub. 2025-ci ildə isə azadlığa çıxıb.

2021-ci ildə həbs olunan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədova isə 11 il 6 ay həbs cəzası verilmişdi. Daha sonra onun cəzası 10 ilə endirilib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












