Azərbaycanda Kiçik çillə başa çatdı

Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, xalq inancına görə, bu gecədən etibarən Azərbaycanda Kiçik çillə başa çatır və Boz ay başlayır. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-dən qış fəsli başlayıb. Xalq təqvimində qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır. Məlumata görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.
Xalq inanclarına görə, Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə fevralın 20-də başa çatır. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












