Azərbaycanda narkotik alverçiləri polis maşınını vurub qaçdı - 5 nəfər həbs edildi

Cəlilabadda polislə narkotacirlər arasında atışma olub. Hadisə rayonun Xanəgah kəndində qeydə alınıb. Məlumata görə, polis əməkdaşları içərisində narkotik vasitələr satan şəxslərin olduğu "Hyundai” markalı avtomobili saxlayıb. Saxlanılarkən maşının sürücüsü tabesizlik göstərərək polisin xidməti "BMW" markalı avtomobilinin güzgüsünü sındırıb. Bu zaman polis əməkdaşları havaya xəbərdarlıq atəşi açıb. Nəticədə avtomobil saxlanılıb və orada olan Şərur rayon sakini Mirkərim Seyidov, Yardımlı rayon sakini Tərlan Behbudov, Şəmkir rayon sakini Rəşad Sadıqov və Bakı şəhər sakini Anar Məmmədov tutulub. Onlardan heroin götürülüb.
Polisin əməliyyatı zamanı havaya atəş açılarkən yaxınlıqdakı digər "Hyundai” markalı avtomobildə olan naməlum şəxs atəş açaraq maşını sürərək uzaqlaşıb.
Şirraslan adlı həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs atəşin ona tərəf açıldığını düşünərək üzərindəki silahdan havaya bir neçə dəfə atəş açıb və maşını sürərək hadisə yerini tərk edib. O, bir qədər irəlidə avtomobili aşırıb.
Faktla bağlı araşdırma aparılır.report
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












