Azərbaycanda onlayn kassalara tam keçidin vaxtı açıqlandı

2021-ci ilin 1 yanvar tarixinə qədər bütün ölkə üzrə onlayn nəzarət-kassa aparatlarının tətbiqi başa çatacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
Qeyd etdiyimiz kimi, Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Bu sahədə şəffaflığın təmin olunması üçün yaxın gələcəkdə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq.
Bundan başqa, tezliklə hüquqi şəxslərin təsis sənədlərində dəyişiklikləri online rejimdə etmək mümkün olacaq, deyə Vergilər Nazirliyinin Departament rəisinümayəndəsi vurğuladı.
Ə.Məmmədovun sözlərinə görə, hazırda bu məsələ üzərində iş aparılır.
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO












