Azərbaycanda qatar avtomobillə toqquşdu - Rəsmi açıqlama - FOTO

Yevlaxda sərnişin qatarının qəzaya düşməsi barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən rəsmi məlumat verilib. Avtosfer.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, dekabrın 30-da, saat 03:15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci kilometrliyində, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsinin mühərriki sönərək keçiddə qalıb. Nəticədə toqquşma hadisəsi baş verib. Hadisə zamanı xəsarət alan olmayib. Hadisənin nəticələri bir neçə saat ərzində aradan qaldırılıb və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Qəza səbəbindən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib. "Həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir mədudiyyət tətbiq olunmur və hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər", - deyə bildirilib.
Emin
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO














