Azərbaycanda sərnişinlərin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi?

2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 69,4 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artım müşahidə olunub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, yüklərin 3,1 faizi dəniz, 6,7 faizi dəmir yolu, 0,1 faizi hava, 61,2 faizi avtomobil nəqliyyatı, 28,9 faizi isə boru kəməri ilə daşınıb.
2019-cu ilin yanvar-aprel aylarında nəqliyyatçılar 628,8 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 12,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 42,5 milyon ton yük, 550,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4 faiz və 1,7 faiz artım qeydə alınıb.
Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,4 faiz, sərnişin dövriyyəsi isə 1,8 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 0,9 faiz azalaraq 77,1 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 663,2 min və ya 2,2 faiz çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-aprel ayıları ərzində 1,0 milyon sərnişin daşınıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 19,9 faiz artım müşahidə olunub.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










