Azərbaycanda velosiped zolaqları və duracaqları yaradılacaq

Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir. Sənəddə bildirilir ki, 2019-2023-cü illərdə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək.
Bundan başqa, kənd təsərrüfatı və texnoloji təyinatlı nəqliyyat vasitələri üçün onların hərəkətinə icazə verilməyən avtomobil yollarında mümkün olan yerlərdə paralel yollar (hərəkət zolaqları) yaradılacaq və ya digər müvafiq tədbirlər görüləcək, eyni istiqamətdə bir hərəkət zolağı olan yolların müvafiq sahələrində astagedən nəqliyyat vasitələrini ötüb keçmək üçün qısaməsafəli əlavə hərəkət zolaqları təşkil olunacaq.
Həmçinin monitorinqlər aparmaqla respublika əhəmiyyətli avtomobil yollarında və avtomagistrallarda avtomobil yollarının örüş-otlaq sahələrindən və heyvandarlıq təsərrüfatlarının geniş yayıldığı ərazilərdən keçən hissələrində təhlükəsizlik qaydalarına uyğun mal-qara keçidlərinin sayının optimallaşdırılması nəzərdə tutulur.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








