Azərbaycanın 6 vətəndaşı ötən ay Gürcüstanda sürücülük vəsiqəsi alıb

Gürcüstanda ötən ay 6 Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib. Yanvar ayında qonşu ölkədə, ümumilikdə, 2 876 nəfər sürücülük vəsiqəsi alıb ki, onların da 2 824-ü Gürcüstan vətəndaşıdır. Hesabat dövründə Ermənistan, Almaniya, Misir, İndoneziya, İran, Kamerun, Rusiyanın 1 vətəndaşı, Türkiyənin isə 2 vətəndaşına Gürcüstanın sürücülük vəsiqəsi verilib. Sürücülük vəsiqəsinin alınması üçün imtahanda iştirak edən şəxslərin ən kiçiyinin 17, ən böyüyünün isə 68 yaşı olub.
Qeyd edək ki, Gürcüstanda alınmış sürücülük vəsiqəsindən ölkə xaricində 6 ay müddətində istifadə etmək mümkündür. Etibarlılıq müddəti başa çatandan sonra sürücülük vəsiqəsinin sahibi sənədi dəyişdirməlidir.
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA










