Azərbaycanın əsas dəmir yolu xətti müasirləşdirilir – Yeni mərhələ

Biləcəri–Yalama dəmir yolu sahəsinin modernləşdirilməsi istiqamətində mühüm mərhələ başa çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev məlumat verib.
Onun sözlərinə görə, 22 iyul 2026-cı il tarixində Azərbaycan Dəmir Yollarının (ADY) Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Biləcəri–Yalama Dəmir Yolu Sahəsinin Elektrikləşdirmə, Siqnalizasiya və Telekommunikasiya İşlərinin Layihələndirilməsi və Tikintisi" layihəsi üzrə elan olunmuş beynəlxalq tender çərçivəsində təkliflərin qəbulu başa çatıb.
Tenderdə ümumilikdə 8 iddiaçı iştirak edib. Türkiyədən isə "Gülermak Ağır Sanayi – NW", "Elsitel Elektromekanik – TEG" və "Yapı Merkezi – Uğursal Elektrik" birgə müəssisələri təkliflərini təqdim ediblər.
Rauf Ağamirzəyevin sözlərinə görə, layihə çərçivəsində Biləcəri–Yalama dəmir yolu sahəsində 25 kV AC elektrikləşdirmə sistemi qurulacaq, dartma yarımstansiyaları və SCADA sistemi yaradılacaq. Bununla yanaşı, müasir siqnalizasiya və Mərkəzləşdirilmiş Hərəkətin İdarəetmə (CTC) sistemi tətbiq ediləcək, fiber-optik telekommunikasiya şəbəkəsi çəkiləcək və bütün sistemlər sınaqdan keçirildikdən sonra istismara veriləcək.
Ekspert qeyd edib ki, layihənin həyata keçirilməsi nəticəsində Biləcəri–Yalama xəttinin ötürücülük qabiliyyəti artacaq, qatarların hərəkətinin təhlükəsizliyi və etibarlılığı daha da yüksələcək. Eyni zamanda, müasir idarəetmə sistemlərinin tətbiqi əməliyyatların daha səmərəli təşkilinə, insan amilindən qaynaqlanan risklərin azalmasına və dəmir yolu infrastrukturunun rəqəmsallaşdırılmasına imkan yaradacaq.
Bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin daha da güclənməsinə xidmət edəcək. Onun sözlərinə görə, Biləcəri–Yalama istiqamətinin modernləşdirilməsi Şimal–Cənub və Orta Dəhliz üzrə yükdaşımalarının sürətini və səmərəliliyini artıracaq, ölkənin tranzit potensialının genişlənməsinə və dəmir yolunun rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












