Azərbaycanın igid döyüşçüsünə medal verildi - Fotolar

Bu gün Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu qazimizin müalicə olunduğu hospitala gedərək onu ziyarət edib, ailə üzvləri ilə görüşüb. Avtosfer.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə ötən ilin baharında Ankaraya gedərək Qoşqar Hacıyevlə görüşmüş, müalicəsi ilə yaxından tanış olmuş əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani həmin görüşü xatırlayaraq bildirib ki, Qoşqar bir möcüzə və həkimlərin səyi nəticəsində ölümün pəncəsindən xilas edilib. “Düşmən gülləsindən ölməmişəmsə, deməli mənə ölüm yoxdur” - deyən yaralı əsgər, o vaxt tezliklə sağalıb ayağa durmaq və düşməndən intiqamını almaq arzusunda olduğunu demişdi.

Ali Baş Komandan adından Müdafiə nazirinin əmri ilə Q.Hacıyevin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilməsi xəbəri həm yaralı əsgəri, həm də ailə üzvlərini sevindirib. Əsgərin anası Pəri xanım oğlu yaralandığı ilk gündən prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də MN rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu minnətdarlıqla nəzərə çatdırıb və deyib:
“Doğrudur, oğlumun vəziyyəti olduqca ağırdır. Beyin daxilində hələ çoxsaylı qəlpələr var, ancaq ümidimizi üzmürük. Həkimlər də gecəli-gündüzlü oğlumun keşiyindədirlər. Ancaq biz belə diqqəti, qayğını görəndə təsəlli tapırıq. Oğlum istefaya buraxılsa da Müdafiə Nazirliyi onu unutmur. Bu bizə ürək-dirək verir. Nə etməli, Qoşqar öz sinəsini Vətənimizə tuşlanan güllələrə sipər edən oğullarımızdandır. Digər iki oğlum da hər an döyüşə hazırdır. Bu döyüş medalı isə oğluma xidmətdə verilən ən yüksək qiymət kimi bizi sevindirdi”.

Polkovnik Rauf Dəmirov Qoşqar kimi qorxmaz, igid oğul yetişdirdiyinə görə Pəri anaya təşəkkür edib. Qazimizin qardaşı Vüqar Hacıyev isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hücum əmri verilərsə, qardaşının döyüşçü dostlarına qoşulub zəfər yürüşünə çıxacağı günü səbirsizliklə gözlədiyini bildirib.

Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












