“Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” - FOTO

Aprelin 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda Respublika Elmi konfransının açılış mərasimi keçirilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Avtosfer.az-a verilən məlumata görə, tədbirdə ictimai xadimlər, Azərbaycanın nəqliyyat, elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət orqanlarının, biznes strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Plenar iclası giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov konfransın əhəmiyyətindən danışıb. Rektor ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyatın sosial, iqtisadi sferada mühüm rol oynadığını bildirib.
Konfransda çıxış edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Azərbaycanın nəqliyyat sisteminin son nailiyyətlərini, aktual problemlərini, inkişaf perspektivlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Plenar iclasdan sonra konfransın 5 bölmə üzrə iclasları keçiriləcək və aprelin 17-də konfrans öz işini yekunlaşdıracaq.
Namiq
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib














