Azərbaycanın qəzaya uğramış təyyarəsinin eksklüziv FOTOLARI

2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhərinə yaxınlaşarkən faciəvi şəkildə qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin eksklüziv fotoları yayılıb.
Avtosfer.az xəbər verir ki, fotoları "AnewZ" telekanalı təqdim edib. Təyyarənin gövdəsinin daxili çəkilişləri də daxil olmaqla, təsvirlər xarici təsirə uyğun zərər əlamətlərini açıq şəkildə göstərir. Xüsusilə, qəlpələrin zədələnməsinin izləri aydın görünür ki, bu da ilkin versiyaları, məsələn, quş vurması və ya qaz balonunun partlaması kimi versiyalara şübhə yaradır.
Azərbaycan hökumətindəki mənbələrin məlumatına görə, ilkin araşdırmalar göstərir ki, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemindən atılan raketlə vurulub. Bundan əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev kənar müdaxilə faktını təsdiqləsə də, onun sözlərinə görə, raketin növü istintaq tərəfindən müəyyən ediləcək. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, təyyarə Rusiya ərazisi üzərində Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən bilmədən vurulub. Prezident Əliyev təqsirlilərin tam etiraf edilməsini, günahkarların cəzalandırılmasını, həlak olanlara və onların ailələrinə dəymiş ziyanın ödənilməsini tələb edib.
İstintaq davam edir.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO



















