Azərbaycanın strateji rolu artır: Orta Dəhlizlə Böyük Britaniyaya yeni marşrut

Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərindən Böyük Britaniyaya yeni ixrac marşrutunu istifadəyə verib.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev məlumat verib.
Ekspertin sözlərinə görə, Ekibastuz şəhərindən yola salınan mineral gübrələr dəmir yolu və dəniz nəqliyyatının kombinasiyası ilə Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu üzrə daşınır. Yüklər daha sonra Poti və Batumi limanları vasitəsilə Böyük Britaniyanın Felikstou limanına çatdırılır.
Rauf Ağamirzəyev bildirib ki, bu daşınma Orta Dəhlizin artıq təkcə regional nəqliyyat marşrutu olmadığını, eyni zamanda Avropa bazarlarına çıxış üçün strateji logistika dəhlizinə çevrildiyini bir daha nümayiş etdirir.
Azərbaycanın bu marşrutun əsas tranzit halqalarından biri olması ölkənin beynəlxalq yükdaşımalar sistemində rolunu daha da gücləndirir. Tranzit yüklərinin həcminin artması isə ölkəyə həm iqtisadi, həm də logistika baxımından əlavə üstünlüklər qazandırır. Marşrutların şaxələndirilməsi, çatdırılma müddətlərinin optimallaşdırılması və multimodal daşımaların genişləndirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artıran əsas amillərdəndir. Ekspert vurğulayıb ki, bu proses beynəlxalq ticarət əlaqələrinin inkişafına, yük axınlarının daha etibarlı və çevik şəkildə təşkilinə, həmçinin region ölkələri arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












