Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı yeni ehtimallar gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bildirib ki, ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanma ehtimalı artıb. Onun sözlərinə görə, bu məsələdə Ankara da maraqlı tərəflərdən biridir.
Son dövrlərdə Ermənistan rəsmilərinin Türkiyədə keçirilən müxtəlif tədbirlərdə iştirakı və türkiyəli həmkarları ilə ikitərəfli görüşlər keçirməsi diqqət çəkir. Bu görüşlərdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunur.
Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamalarında iki ölkə arasında hərtərəfli əməkdaşlıq üçün əlverişli şəraitin formalaşdığını bildirib. Gündəmdə olan əsas məsələlərdən biri isə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasıdır ki, bu proses Ankara ilə Bakı arasında koordinasiya edilir.
Bir neçə gün əvvəl Parlamentlərarası İttifaq çərçivəsində İstanbul şəhərində keçirilən toplantıda Ermənistan parlamentinin sədri Alen Simonyan ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında görüş baş tutub. Görüş zamanı Türkiyə tərəfi Ermənistanın Türkiyə–Gürcüstan–Azərbaycan formatına qoşulmasını təklif edib və bu təklif Ermənistan tərəfi tərəfindən müsbət qarşılanıb.
Politoloq hesab edir ki, mövcud diplomatik dinamikanı nəzərə alaraq, Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması həm regional əməkdaşlıq, həm də sabitlik baxımından faydalı ola bilər.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












