Azərbaycanlı bloqerin hədiyyə etdiyi "Gelandewagen" qəzalı imiş?

Rusiyada fəaliyyət göstərən azərbaycanlı videobloqer Hüseyn Həsənovun müsabiqə yolu ilə Instagram izləyicilərindən birinə hədiyyə verdiyi “Gelandewagen” avtomobilinin vaxtilə müxtəlif qəzalarda olduğu ortaya çıxıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, “Avtokod” nəşri maşının dövlət nömrə nişanı ilə müəyyn edib ki, altı il ərzində avtomobilin üç sahibi olub, yürüşü isə 110 min kilometrdən çoxdur.
Bildirilir ki, avtomobil üç dəfə qəzaya düşüb. Həmçinin avtomobilin cərimələri var.
Nəşr iddia edir ki, müsabiqə Həsənov üçün problemi və cərimələri olan avtomobildən qurtulmaq, həm də durumu piar naminə istifadə etmək üçün bir vasitə olub.
Yobajur nəşri isə bildirir ki, avtomobil artıq saytların birinin vasitəsi ilə satışa çıxarılıb. Lakin hələlik onun tapmaq mümkün olmayıb.
Xatırladaq ki, avtomobil ukraynalı Anastasiya Xavrutskaya qismət olub. Müsabiqənin digər iştirakçıları A.Xavrutskayanın qələbəsinə şübhə ilə yanaşıblar. Sosial şəbəkələrdə müsabiqə nəticələrinin saxtalaşdırılması yollarının müzakirə olunduğu yazışmalar yayılıb. Bloqer Həsənov isə bu yazışmaları yayan şəxsləri fırıldaqçı adlandırıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












