Azərbaycanlı kapitan Bosfor boğazını bağlamaqla hədələyir - VİDEO

İstanbulda həbs edilən və göyərtəsində rusiyalı dənizçilər olan "Streamline” gəmisinin azərbaycanlı kapitanı Bəhmən Bağırov Bosfor boğazını bağlayacağı ilə hədələyir.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Səbəb kimi B.Bağırov "Akca Shipping” şirkətinin dənizçilərə 10 aydan çox maaş verməməsini göstərib.
Tələblər arasında işçilərə əmək haqqının ödənilməsindən əlavə, rusiyalı dənizçilərin dəyişdirilməsi də yer alıb.
Əgər onun tələbləri yerinə yetirilməsə B.Bağırov çərşənbə günü Bosfor boğazını bağlaycaq. "Dünən İstanbul limanın cənubunda dayanmağımızdan 10 ay ötdü. Düz 10 aydır ki maaşsız qalmışıq, iyunun 1-dən ailələrimiz bir qəpik belə almayıblar. Əvvəllər bizə heç olmasa yalandan nəsə deyirdilər, ümid verirdilər”, - gəminin kapitanı deyib.
Xatırladaq ki, "Streamline” gəmisi İstanbulda 2018-ci ilin iyununda sabiq sahibinin borclarına görə həbs edilib.
"Akca Shipping” şirkətinin ümumilikdə dənizçilərə 123 min dollar borcu var.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












