Azərbaycanlı milyarder yol polisini peşman etdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlı milyarder Vaqif Məmişovin limuzinini yol polisi əməkdaşları saxlayıblar. Avtosfer.az “Ölkə.az”a istinadən xəbər verir ki, Sankt-Peterburq polisi “Giriş qadağandır” nişanının tələbini pozan “Rolls-Royce” avtomobilini saxlasalar da, sonradan peşman olublar. Yol polisi müfəttişlərinin daxili mübarizəsinə Rusiyanın “Fontanka” nəşrinin Sergey adlı oxucusu şahid olub.
Yazılanlara görə, limuzin “Land Cruiser”in müşayiəti ilə “Giriş qadağandır” nişanının qüvvədə olduğu İsaakiyev kilsəsi ilə Four Seasons oteli arasında yerləşən ərazidən keçib. Korteci dərhal üç polis avtomobili mühasirəyə alıb. “Sürücüdən sənədləri alınıb”, - deyə Sergey bildirib. Sərnişin mühafizəçilərin müşayiəti altında otelə gedib. 10 dəqiqədən sonra sənədlər sürücüyə qaytarılıb, avtomobil ərazidən uzaqlaşıb. Yol polisi müfəttişlərinə mühafizəçilərdən biri yaxınlaşaraq “Sizdə hər şey yaxşıdır?” - deyə müraciət edib, onlar başlarını tərpədərək, lal-dinməz təsdiq ediblər”, - məqalədə qeyd olunur.
Məlumata görə, A001AA178 nömrə nişanlı tünd göy “Rolls-Royce” 30 yaşlı İsmayılova Arzu Vaqif qızının adına qeydiyyatdadır. Məhkəmə icraçılarının icraat prosesləri haqqında məlumat bazasına görə, onun adı yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar azı 5 dəfə hallanır.
Həmin Rolls-Royce bundan əvvəl Sankt-Peterburqun Gənclər siyasəti üzrə komitəsinin sədr müavini Nizami Məmişovun adına olub. 31 yaşlı Nizami Məmişov Azərbaycan diasporu rəhbərinin yaxın qohumudur. “Vaqif Məmişov ötən il gənc məmurun müsbət xarakteristikasını vermişdi: Onun təvazökar, tərbiyyəli və təminatlı bir olduğunu söyləmişdi. Nizami Məmişovun kabineti Bolşoy Morskoy küçəsində, İsaakiyev kilsəsinin bir neçə addımlığında yerləşir”, - məqalədə yazılıb.
.jpg)
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












