Azərbaycanlı pianoçu traktorun üstündə konsert verdi - FOTO

Azərbaycanlı pianoçu Tofiq Şıxıyev Türkiyənin Çorum bölgəsində konsert proqramı ilə çıxış edib. Avtosfer.az axşam.az-a istinadən xəbər verir ki, tədbir Mustafa Kamal Atatürkün işğalçılara qarşı milli mücadiləni başlatmaq üçün Samsuna səfərinin 100 illiyi münasibətilə təşkil olunub. Şıxıyev 300 illik tarixi dəyirmanın önündə baş tutan konsertə traktor qoşqusunun üstündə gəlib və pianoda konsert verib. Pianoçunun konserti maraqla qarşılanıb.
Qeyd edək ki, Tofiq Şıxıyev Nazim Əliverdibəyov adına ifaçıların V Musiqi Müsabiqəsində II yerə, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq İfaçılıq Müsabiqəsində "Qran-Pri" mükafatına, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş "Rodniki duşi" musiqi müsabiqəsində I yerə layiq görülüb.


Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












