Azərbaycanlı qadını cinsi istismara məruz qoyan kişiyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vilayət Məsimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Məsimov Azərbaycan vətəndaşı olan bir qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.
Belə ki, o, Səbinə Əhmədovanı (ad və soyadı şərti) Türkidəyə olan dəstənin digər üzvlərinə təhvil verib.
Dəstənin digər üzvləri S.Əhmədovanı Türkiyədə kişi müştərilərlə görüşdürüb, cinsi istismara məruz qoyaraq maddi gəlir əldə ediblər.
Həmin qadın Azərbaycana qayıdandan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Onun şikayəti əsasında V.Məsimov həbs edilib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










