Azərbaycanlı Türkiyədən avtomobil qiymətinə it aldı

Türkiyənin Zonquldak vilayətində yetişdirilən Anadolu çoban itlərinin qiyməti çoxlarını məəttəl qoyur. 24 aylıq itin erkəyinin qiyməti bir yeni avtomobilin qiyməti ilə eynidir. Avtosfer.az bildirir ki, virtualaz.org "Habertürk"ə istinadən bildirir ki, Zonquldak şəhərində yaşayan 40 yaşlı Emre Baykal uşaqlıqdan itlərlə böyüdüyünü deyir. Hazırda onun 14 iti var. İki ayağı üstə durduğu zaman insan boyunu keçən bu itlərə bütün Türkiyədə və onun hüdudlarından kənarda da böyük maraq var. Mənbə əlavə edir ki, bu itlərin əsas qidasını ət və sıyıq təşkil edir. "Əvvəlcə bir küçük aldıq. Nəsillərini artırmağa çalışırıq. Yaxın vaxtlarda birini Azərbaycana satdıq", - Emre Baykal jurnalistlərə deyib.
Onun sözlərinə görə, küçüklərin qiyməti 3500-5000 türk lirəsi arasındadır. Daha yaşlı dişi Anadolu çoban iti 5000-15000 lirəyə satılır. Erkəklərinin qiyməti isə 15000 lirədən başlayır.



Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










