Azərbaycanlı “UAZ”a baş direktor təyin edildi

2017-ci ildə "Ford Sollers" müəssisəsinin azərbaycanlı prezidenti və baş direktoru Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru təyin olunub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, o, "Sollers" şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodundakı bu vəzifədə Vadim Şvetsovu əvəz edib. "Sollers" şirkətinin nümayəndəsi bu məlumatı təsdiqləyib və bildirib ki, A.Şirinov "Ford Sollers"in rəhbərliyində qalacaq: "Şirinovun yeni vəzifəsində əsas tapşırığı "UAZ"ın təsdiq edilmiş məhsul strategiyasını reallaşdırmaq, brendin bazar borcunu artırmaq və təchizatçıların ümumi paneli yaratmaq, eləcə də, satış sahəsində sinerji yaratmaq və diller şəbəkəsini qurmaqdır".
Nümayəndənin sözlərinə görə, A.Şirinov Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biridir. "Şübhə etmirəm ki, zəngin əməli təcrübəsi, peşəkar səriştəsi sayəsində Ulianovsk Avtomobil Zavodundakı biznes fəaliyyətinin yüksək keyfiyyət standartlarını və səmərəsini artıracaq", - o qeyd edib.
Xatırladaq ki, 1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












