Azərbaycanlılarla çeçenlərin davasında erməni izi

Ermənilər sosial şəbəkələrdə azərbaycanlılar və çeçenlər arasında Moskvada baş verən insidenti gərginləşdirməyə səsləyiblər. Ermənilər bir-birilərini qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazmağa çağırıblar. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq-deyə ermənilər sosail şəbəkələrdə paylaşımlar ediblər. Bu arada Azərbaycanın Moskvadakı səfirliyi də baş verən insidenti diqqətdə saxlayır.
Avtosfer.Az xezerxeber.az-a istinadən bildirir ki, ermənilər yenə də nifaq toxumu səpməkdə davam edirlər. Belə ki, Moskvada azərbaycanlı və çeçenlər arasında baş verən qarşıdurmadan sonra ermənilərin sosial şəbəkələrdə fəallaşması müşahidə edilir.
Belə ki, onlar saxta profillərlə təhqirlər yazaraq azərbaycanlılar və çeçenlər arasındakı insident daha da genişləndirmək üçün dəridən qabıqdan çıxırlar. Maraqlı məqam isə ondan ibarətdir ki, bunları təşviq edən şəxslərdən biri Ermənistan parlamentinin hazırki deputatı Abram Abovyandır.
Belə ki, Ermənistan parlamentinin üzvü, Çiçəklənən Ermənistan fraksiyasının millət vəkili Abram Abovyan öz facebook səhifəsində paylaşım edərək Azərbaycanlılarla-Çeçenlər arasında olan insidentin ermənilər üçün bir fürsət olduğu bildirilir.
Onu da qeyd edək ki, Moskvadakı insident Azərbaycanın Rusiyadakı səfirliyinin də diqqət mərkəzindədir. Belə ki, səfir Polad Bülbüloğlu Moskva şəhər baş polis idarəsinin rəisi ilə görüşüb..
Səfir Polad Bülbüloğlu Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar tələb olunduğu barədə Baş İdarə rəisini məlumatlandırıb.
Moskva polisinin rəisi General-leytenant Oleq Baranov isə bildirib ki, hər iki insidentə dair operativ iş aparılır, o cümlədən Moskvada "Neolit" kafesinə hücum faktı üzrə ittihamlar irəli sürüləcək, habelə taksi sürücüsünün qətli ilə əlaqədar intensiv araşdırma aparılır.
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!








