Azərbaycanlının qətlində şübhəli bilinən çeçen həbs olunub

Moskvanın Kuzminski rayon məhkəməsi azərbaycanlı taksi sürücüsünün qətlində şübhəli bilinən Çeçen mənşəli Lors Xamiyevi iki ay müddətinə həbs edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi Karina Kalenovaya istinadən TASS məlumat yayıb. Qətl hadisəsi fevralın 15-i, gecə, Moskvanın Səmərqənd bulvarında baş verib. Taksi fəaliyyəti ilə məşğul olan 52 yaşlı Qərib Orucov odlu silahdan açılan atəş nəticəsində ölüb. Cinayət işi ilə bağlı Xamiyevdən başqa, daha 4 nəfər saxlanılıb. Onlardan biri həbs olunub, digərlərinin saxlanma müddəti uzadılıb. "Moskovski komsomolets" yazır ki, Q.Orucovun qətli "Neolit" kafesində çeçenlər və azərbaycanlılar arasında kütləvi dava ilə əlaqəli ola bilər. Orucov sonradan münaqişənin başlamasına səbəb olan çeçeni təhqir edənlərdən biri olub. Lors Xamiyev 2009-cu ildə Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sui-qəsdə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. O və cinayət ortaqları 2007-ci ilin mayında Moskvada minalanmış avtomobili partladaraq Kadırovu öldürmək istəyiblər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












