“Azərsu” avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Babək prospektində “Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.
ASC-dən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. Qazıntı işləri aparılarkən, bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb.
Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb.
Hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb.
Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










