"Azərsu" tıxac yaradan yol çökməsi məsələsinə aydınlıq gətirdi

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bakının Nobel prospektində çökən yolla bağlı araşdırmalara başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O, bildirib ki, həmin ərazidə baş vermiş çökmə su və kanalizasiya xətləri ilə bağlı deyil: "Yolun çökməsi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil. Hal-hazırda bizim iki qrupdan ibarət mütəxəssislərimiz orada işləyirlər. Onlardan biri georadar qrupudur. Həmin qrup torpağın altında yeraltı suların səviyyəsini və qruntun tərkibini öyrənməklə məşğuldur. İkinci qrup isə orada torpağın 24 metr dərinliyindən keçən "Sahil" kollektorunun quyusuna daxil olub həmin quyunu inyeksiya edirlər ki, kənardan qrunt suları həmin quyuya daxil olmasın. Çünki qrunt suları kənardan suya daxil olanda özü ilə torpağı yuyub gətirir və torpağın da yuyulması hesabına çökmələr yarana bilər. Bunlar da sadəcə ehtimaldır. Bizim mütəxəssislər Nobel prospektindən keçən su və kanalizasiya xətlərini yoxlayıblar və heç bir axıntı müşahidə olunmayıb. Əksinə, kənardan qrunt sularının bizim kollektora axıntısı var ki, bunun da hesabına ərazidəki torpağın çökməsi ola bilər".
Xatırladaq ki, ötən ay paytaxtın Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı yolda çökmə hadisəsi baş verib. Hadisəyə su sızmasının səbəb olması bildirilirdi.
Qeyd edək ki, Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun qarşısında yaranan çökmə 2014-cü ildə də baş vermişdi. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çökmüşdü.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








