"Azərsu"yun sabiq əməkdaşına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının cinayət işi üzrə növbəti məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, "Azərsu"yun sabiq əməkdaşı E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, o, zərərçəkmiş Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz İbrahimov və Elçin Məmmədova tenderdə qalib gələcəyi vədi verib. Lakin sonradan E.İmranlı verdiyi vədə əməl etməyib.
Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.İmranlı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hazırlıq iclasında o, məhkəmə zalında həbs olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












