“Azərsu”yun xəndəyinə düşən maşını kim təmir etməlidir?

Vətəndaşlar belə vəziyyətdə avtomobilinə dəymiş zərərin ödənilməsi məqsədilə aidiyyəti qurumlarla bağlı məhkəmə iddiası qaldıra bilər. Sürücülərin buna tam hüququ çatır.
Bu sözləri Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı ötən gecə Babək prospektində Azərsu ASC-nin qazdığı xəndəyə düşən avtomobilə dəymiş zərərin kim tərəfindən ödənilməsinə aydınlıq gətirərkən deyib.
Ekspert bildirib ki, sürücülərimiz öz hüquqlarını yaxşı bimədikləri üçün çox vaxt öz günahları olmadan avtomobillərinə dəymiş zərəri özləri ödəmiş olur:
“Yol Hərəkəti haqqında” Qanunun 6-7-ci maddələrində sürüclərin, eləcə də yol təsərrüfatına məsul olan şəxslərin hüquq və vəzifələri əks olunub. Orada birbaşa qeyd olunub ki, vətəndaşlar yol təsərrüfatının yararsız olması səbəbindən avtomobilinə dəymiş zərərin ödənilməsi məqsədilə aidiyyəti qurumlarla bağlı məhkəmə qarşısında iddia qaldıra bilər.
Məsələn, elə Babək prospektindəki hadisəni götürək. Vətəndaş hadisənin fotoşəkillərini çəkir, sığorta şirkətini çağırır, sığorta da bunu qeydə alır. Dövlət Yol Polisi də arayış verir ki, sözügedən ərazidə hadisə müvafiq nişanların olmaması səbəbindən baş verib. Hadisənin baş vermə səbəbi protokolda da, Forma-4 arayışında da əksini tapmalıdır. Sığorta bunu əsas götürür və vətəndaşa dəymiş zərəri ya özü ödəyir, ya da sığorta şirkəti dövlət qurumunu məhkəməyə verib, zərəri ödətdirir. Şirkət qeyd edə bilər ki, hadisə aidiyyəti qurumun əməkdaşlarının məsuliyyətsizliyi, səhlənkarlığı ucbatından baş verib”.
E.Muradlı bildirib ki, belə qəzalarda dövlət qurumlarının günahlandırılmasına səbəb onların müvafiq yol nişanlarını düzgün yerləşdirməməsidir:
“Yolda hər hansı iş aparılarkən müvafiq nişanlar aydın şəkildə qoyulmalı, əvvəlcədən quraşdırılmalıdır. Bizdə adətən qazıntı olan yerə 1 metr məsafədə xəbərdarlıq nişanı quraşdırırlar ki, bu da belə qəzaların baş verməsinə səbəb olur. Bu nişan qazılan və ya təmir edilən əraziyə 100 metr qalmış qoyulmalıdır. Sürücü də bunu nəzərə alıb sürət həddini aşağı salmalıdır. Həmçinin bütün dünyada istifadə edilən özündən işıqlanan nişanlardan istifadə edilməlidir. Ancaq məsul qurumlar bunu etmir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də, Azərsu ASC də sözügedən hadisədə məsuliyyətsizlik edib. Təəssüf ki, bu, ilk belə hal deyil. Dəfələrlə belə hallar baş verir. Ona görə də hesab edirəm ki, sürücülər bu qurumlara qarşı məhkəmə iddiası verməlidir”.
Xatırladaq ki, bu gecə Babək prospektində “Mersedes” markalı avtomobil Azərsu ASC-nin su borusunu təmir məqsədilə qazdığı xəndəyə düşüb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










