Babək prospektinin təmiri ilə bağlı səslənən ittihamlara münasibət

"Bəzi insanlar yol təmirindən anlayışları olmadığı halda paytaxtın Babək prospektinin təmiri barədə əsassız iddialar səsləndirirlər. Həmin şəxslər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gördüyü işlərə kölgə salmaq istəyirlər".
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. “Biz Babək prospektində yeni yol tikməmişik. Bu yol 1980-ci illərdə salınıb, 1996-98-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yenidən qurulub. Həmin yolun aşınma müddəti keçdiyinə görə, Prezident yolun yenidən qurulması barədə tapşırıq verib. Biz də mövcud yolu yenidən bərpa etmişik. Orda müəyyən aşınmaya məruz qalmış hissəslər yenidən bərpa olunub və asfalt vurulub. Lazım olan yerlərdə yol genişləndirilib, Bakı Nəqliyyat Agentliyinin verdiyi plana uyğun avtobus dayanacağı və ikitərəfli avtobus hərəkətinin tənzimlənməsi üçün yol xətti çəkilib. Bəzi insanlar Azərbaycanın inkişafını istəmirlər, quruculuq və abadlıq işlərinə kölgə salırlar. Əgər onlar bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər", - deyə sədr qeyd edib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












