Bacısına görə həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elnur Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Abdullayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 aya endirilib.
İttiham aktına əsasən, hadisə 2018-ci il iyulun 11-də Qusar rayonunda baş verib. E.Abdullayev sosial şəbəkədə əvvəllər tanıdığı həmyerlisi Mühür Mühürovun onun bacısı ilə çəkdirdiyi şəkili görüb. Daha sonra o, M.Mühürovu görüşə çağırıb, bacısı ilə münasibətlərini kəsməsini tələb edib.M.Mühürov isə onun bacısı ilə bir-birlərini sevdiklərini və münasibətlərini kəsməyəcəyini bildirib. Daha sonra hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman E.Abdullayev üstündə gəzdirdiyi bıçaqla qısqanclıq zəminində M.Mühürovun qarın nahiyəsinə bir dəfə zərbə endirib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












