Bacısını bıçaqlayan şəxsin cinayət işi prokurorluğa qaytarılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən M.Qədimov vəsatət qaldırıb. O, istintaq dövründə müdafiə hüququnun pozulduğunu bildirib və cinayət işinin yenidən prokurorluğa qaytarılmasını istəyib. Vəsatət təmin edilib, cinayət işi prokurorluğa qaytarılıb.
Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə zəminində bacısı, 1974-cü il təvəllüdlü Gülarə Nuriyevanı bıçaqlayıb. G. Nuriyeva xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən M.Qədimov saxlanılıb.
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












