Bacısını qətlə yetirən şəxslə bağlı cinayət işi başlanılıb - RƏSMİ

Ötən gün Cəlilabad rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az xəbər verir ki, Cəlilabad Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, yanvarın 2-də Cəlilabad rayonunun Üçtəpə kənd sakini Cəfərova Arzu Rafət qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sadıqov Hikmət Rafət oğlunun qeyd edilən tarixdə saat 20 radələrində qısqanclıq zəminində bacısı A.Cəfərovanı bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurub qəsdən öldürməsində əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










