Bacısını və onunla evdə olan kişini qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

Göygöl şəhərində iki nəfəri bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Vüsal Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 2-də Göygöl şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən evlərdən birində baş verib. Gəncədə yaşayan, 1989-cu il təvəllüdlü Tağıyev Vüsal Tağı oğlu sözügedən ünvanda yaşayan, 1992-ci il təvəllüdlü bacısı Tağıyeva Vüsalə Tağı qızını və onunla bir evdə olan Goranboy rayon, Səmədabad kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Nurlan Saləddin oğlunu bıçaqlayaraq qətlə yetirib.
Daha sonra cinayəti törədən V.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.
İlkin məlumata görə, V.Tağıyeva həyat yoldaşından boşanıb və bir azyaşlı övladı ilə yaşayırmış. Hadisə qadın N.Əliyevlə yaşadığı evdə görüşən zaman baş verib. Həmin zaman qardaşı onun evinə gələrək qətli törədib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












