Bahar havası bitir, leysan, QAR gəlir - Tarix açıqlandı

Qütb soyuqları və intensiv yağıntılardan sonra Türkiyədə Liviya üzərindən gələn hava kütləsinin təsiri sayəsində yaz havası yaşanır.
Avtosfer.az xəbər verir ki, xüsusilə Türkiyənin qərb bölgələrində temperatur mövsüm normasını xeyli üstələyib.
İstanbul və Ankarada 20 dərəcə isti var, Sakarya, Kocaeli və Bursa ətrafında isə temperatur 25 dərəcəyədək yüksəlib. Egey və Aralıq dənizi sahillərində temperatur 22-23 dərəcə təşkil edir.
Buna baxmayaraq, fevralın 17-dən etibarən leysan yağışlar və sərin hava yenidən üstünlük təşkil edəcək. Egey, Mərmərə və Qərbi Aralıq dənizi bölgələrində, eləcə də Qara dənizin daxili hissələri və Mərkəzi Anadolunun şimal-qərbində qısamüddətli güclü fırtına müşahidə ediləcək.
Aydın, Balıkesir, Çanakkale, Edirne, İzmir, Kırklareli, Manisa, Muğla və Tekirdağ vilayətləri üçün sarı xəbərdarlıq edilib.
Xüsusilə Mərmərə bölgəsi və İstanbulda temperatur bazar ertəsindən etibarən mərhələli şəkildə enməyə başlayacaq. Qərb vilayətlərində sabahdan start götürəcək yağıntılar çərşənbə axşamı bütün ölkə ərazisini əhatə edəcək. Həmin gün Egey və Aralıq dənizi bölgələrində leysan yağışlar gözlənilir. Çərşənbə günü isə temperatur daha da enəcək, daxili və şərq bölgələrində qar yağacağı proqnozlaşdırılır. (musavat.com)
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












