Bakı-Gəncə qatarındakı qiymətlər niyə fərqlidir?

Ötən ilin dekabrın 29-da Bakı-Gəncə-Bakı sürət qatarı yola düşüb. Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes klass (62 yer) və standart (296 yer) olmaqla, 367 oturacaq yeri mövcuddur. 3 kateqoriyaya aid olan yerlərin isə hər birinin ayrıca qiyməti var.
Belə ki, Bakı-Gəncə-Bakı sürət qatarında sonuncu stansiyaya qədər gedən sərnişinlər üçün standart sinifdə qiymət 15, biznesdə 50, birinci klassda isə 100 manatdır.
Hazırda sərnişinləri maraqlandıran məsələ isə müxtəlif kateqoriyalarda göstərilən xidmətlərdə gediş haqqına nələrin daxil edilməsidir.
Avtosfer.az xəbər verri ki, qafqazinfo məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları ASC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb. O qeyd edib ki, Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda sərnişinlərin rahatlığını təmin etmək üçün maksimum şərait yaradılıb.
Standart kateqoriyalı vaqonlarda (15 manat) gediş haqqına sendviç, şirə, su;
Biznes vaqonlarda (50 manat) iki növ sendviç, şirə, su;
Birinci klass yerlərdə (100 manat) isə soyuq yemək, kofe, çay, şirə və su daxildir.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşür. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








