“Bakı hazırdır, Tbilisi yox...” - Qatarlar niyə artırılmır?

"Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə qatar reysinin təşkilinə hazır deyil.
Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reys təşkil edib və bunun üçün qatar da hazırdır. Ancaq Gürcüstan tərəfi bu qatarı qəbul etməyə hazır deyil. Gürcüstan tərəfində bəzi texniki çətinliklər var. Belə ki, qatarların stansiyada manevr və digər hərəkətləri zamanı elektrik təchizatının təmin olunması ilə bağlı problemlər mövcuddur. Bundan başqa, Gürcüstan sərhəd xidməti də əlavə reys üzrə yoxlamaları həyata keçirməyə hələ hazır deyil.
Son vaxtlar Gürcüstan tərəfində sərhəd yoxlamaları nəzərdə tutulan vaxtdan daha uzun çəkir.
Elektrik təchizatı ilə bağlı yaranan problemlər də Bakı-Tbilisi-Bakı qatarının gecikməsi ilə nəticələnir. Azərbaycan tərəfi əlavə qatarı artıq hazırlayıb, lakin Gürcüstan tərəfi həmin əlavə reysi qəbul etməyə hazır deyil” - Eldəniz Cəfərov
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarı pandemiya səbəbindən 2020-ci ilin martında dayandırılmışdı. Altı illik fasilədən sonra marşrut üzrə müntəzəm sərnişin daşımaları 2026-cı il mayın 26-dan yenidən bərpa olunub.
Xatırladaq ki, son günlər Gürcüstanda baş verən genişmiqyaslı elektrik enerjisi problemləri də Bakı-Tbilisi qatarlarının hərəkətinə təsir göstərib.
Analoji problem dəmir yolu hərəkətində gecikmələrə səbəb olmuşdu.
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ












