Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində gözlənilən ifrat təhlükəli hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Avtosfer.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədov bildirib ki, ölkə ərazisində gözlənilən kəskin hava şəraiti, güclü küləklə əlaqədar "Bakı Metropoliteni" QSC-də açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görülüb: "Xəbərdarlıqla əlaqədar yerüstü təsərrüfat sahələrinə baxış keçirilib, küləyin təsirinə məruz qala biləcək qurğu və avadanlıqlar yoxlanılıb.
Yanvarın 17 və 18-də açıq havada hündürlükdə, kranda işlərin icrası qadağan edilib. Bundan əlavə, yerüstü sahədə yerləşən "Nərimanov" elektrik deposunda müvafiq tədbirlər görülüb, gücləndirilmiş iş rejimi tətbiq olunub".
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










