"Bakı Metropoliteni" yanvarın 20-də gücləndirilmiş iş rejimində çalışacaq

“Bakı Metropoliteni” QSC-də 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, xüsusi tədbirlər planını təsdiqlənərək həyata keçirilir. Bu barədə Avtosfer.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, yanvarın 10-dan başlayaraq, metropolitenin keçidlərin, vestibüllərin, plaftormaların cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq Hüzn Gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir. Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyası həmin gün matəm ovqatında tərtib olunacaq. Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə veriləcək.
Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarların stansiyalarda dayandırlaraq 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək. Həmin anı “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.
Qanlı Yanvar hadisəsinin 29-cu ildönümündə Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Bu tarix istirahət gününə təsadüf etsə də, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə veriləcək.
"Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC-nin çoxminlik kollektivinin nümayəndələri həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edərək, onların ruhuna dualar oxuyucaq, məzarları önünə təzə-tər güllər düzəcəklər. Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi də əbədi uyuyan İlqar Qarayev və Əflatun Kazımovun da xatirəsi metropoliten kollektivi üçün daim əziz tutulur", - deyə məlumatda qeyd edilib.
“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO










