"Bakı Metropoliteni"də 200-ə yaxın artıq ştat vahidi ixtisar olunub

“Bakı Metropoliteni” QSC-də aparılmış audit nəticəsində 922,5 min manat vergi məbləğinin müvafiq hesabat dövrləri üzrə dəqiqləşmiş vergi bəyannamələrinin təqdim edilməsi ilə dövlət büdcəsinə artıqödəmələrin hesabına ödənilməsi (əvəzləşdirilməsi) təmin olunub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.
Hesabat ilində ümumilikdə təhvil verilməmiş 1 666,0 min manat məbləğində inventar və avadanlıq təhvil verilib, 1 308,6 min manat məbləğində inventar və avadanlıq isə uçota alınıb. Həmçinin yerinə yetirilməmiş 3 818,5 min manat məbləğində işlərin görülməsi və 10,8 min manat dəyərində bina və tikilinin uçota alınması təmin edilib.
Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə 8 586,0 min manat məbləğində əsaslı təmir xərcləri müvafiq qaydada tanınıb, 666,0 min manat məbləğində artıq hesablanmış amortizasiya məbləğinə düzəliş verilib, mənzil fondunun artırılmış zərəri 183,3 min manat məbləğində azaldılıb.
Hesabat ilində həyata keçirilmiş tədbirlər üzrə 2 478,7 min manat məbləğində debitor borcun uçota alınması, 25 437,8 min manat məbləğində debitor borcun isə bağlanılması təmin edilib. Eyni zamanda 1 516,4 min manat kreditor borc uçota alınıb və 3 294,9 min manat məbləğində kreditor borc azaldılıb.
Nəzarət tədbirləri ilə 537,3 min manat artıq maliyyələşmə məbləği və 194,9 min manat müqavilə məbləğinin azaldılması təmin edilib. Aparılmış tədbirlərin nəticəsi kimi 197,5 vahid artıq saxlanılmış ştat vahidi ixtisar olunub.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










