“Bakı Metropoliteni”nə qarşı 1,6 milyon manatlıq məhkəmə iddiası qaldırılıb

“Safe Life” MMC “Bakı Metropoliteni” QSC-ni məhkəməyə verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul tələbinə dair iddia ərizəsi qaldırıb.
Ərizədə qeyd edilib ki, “Safe Life” MMC ilə “Azərtunelmetrotikinti” SC-nin Xüsusi Tamamlama işlər İdarəsi ilə 2013-cü ildə müqavilə bağlanıb. Müqavilə üzrə “Bakı Metropoliteni” QSC MMC-yə ümumilikdə 1 milyon 600 min 577 manat məbləğində pul ödəməlidir.
Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki məhkəməyə təqdim olunan iddia ərizəsindən görünüb ki, iddiaçılardan biri Tağıyev Azad Hüseyn oğlu fiziki şəxsdir və iddia ərizəsinə onun fərdi sahibkar statusunu təsdiq edən sənəd əlavə edilməyib.
Məhkəmənin qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












