“Bakı Metropoliteni”nin Rusiyadan aldığı 2 qatar Bakıdadır
Gündəm
10 İyun 2019 20:06

Daha sonra isə sınaq və sazlanma işləri həyata keçiriləcək
"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 qatar (10 vaqon) Bakıya çatıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı xəbəri “Report”a metronun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib. “Qatarlar sabah depoya təhvil veriləcək. Daha sonra isə sınaq və sazlanma işləri həyata keçiriləcək. Onların gələn ay xəttə buraxılması gözlənilir. Buna qədər 2 köhnə qatarın istismar müddəti bitəcək", - deyə o qeyd edib. Bundan başqa, B.Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər daha 4 qatar (20 vaqon) hissə-hissə Bakıya gətiriləcək.
Xatırladaq ki, bu il yanvarın 31-də metropolitenlə “Metrovaqonmaş”ın daxil olduğu “Transmaşholdinq” SC arasında 6 qatarın (30 vaqon) alınması ilə bağlı müqavilə imzalanıb.
Oxunub : 905
DİGƏR XƏBƏRLƏR
8 Oktyabr 2026 12:00
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
8 Oktyabr 2026 11:30
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
8 Oktyabr 2026 11:00
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
8 Oktyabr 2026 08:24
Bu yollarda tıxac var - SİYAHI
7 Oktyabr 2026 20:50
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
7 Oktyabr 2026 20:00
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
7 Oktyabr 2026 18:23
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
7 Oktyabr 2026 18:14
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
7 Oktyabr 2026 18:05
Bu yollarda tıxac var - SİYAHI
7 Oktyabr 2026 17:54
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
7 Oktyabr 2026 16:11
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
7 Oktyabr 2026 15:00
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
ŞƏRH YAZ












