“Bakı Metropoliteni”nin Rusiyadan aldığı vaqonlardan 10-u bu gün yola düşüb - FOTO

Bu gün Moskvadan Bakıya ən müasir - 4-cü nəslə aid 10 vaqon yola salınıb. Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan “Metrovaqonmaş” zavodunda baş tutan tədbirdə çıxış edən rəsmilər, “Metrovaqonmaş”ın baş direktoru Kirill Lipa Rusiya məhsullarına Azərbaycanın marağını qeyd edərək, Rusiya şirkətinə etibara görə Azərbaycana təşəkkür edib. Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə Azərbaycanın Rusiya ilə hərtərəfli əməkdaşlığının olduğunu bildirib. Qeyd edib ki, zavod Azərbaycana keyfiyyətli məhsul təqdim edir.
Tədbir mükafatların verilməsi ilə davam edib.
Yeni model vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Müqayisə üçün qeyd edək ki, müasir 81-765.Б/766.Б qatarlarında yeni qapı sistemləri, qatar boyunca vaqoları birləşdirən daxili açıq keçidlər və qapıların açıb bağlanmasında istifadə olunan yeni işıq sistemləri istifadə olunur. Həmçinin, yeni dizayn yaxşı səs və istilik izolyasiyasına malik olmaqla yanaşı, vaqonlar kondisioner və ventilyasiya, sərnişinlərin elektron cihazların doldurulması üçün sistemlərlə də təchiz olunub. Əsas salonlarda isə əlil arabaları və velosipedlər üçün yerlər də var. Bakı qatarları üçün orijinal rəngli qrafik sxemi hazırlannıb, farların dizaynı dəyişdirilib, yerli şəraitə uyğunlaşdırılmış informasiya sistemi yaradılıb.
Qeyd edək ki, müəssisə 1967-ci ildən "Bakı Metropoliteni"ni qatarla təmin edir. Hazırda Bakı metrosunda “Metrovaqonmaş”da istehsal olunmuş 300-dək vaqon hərəkət edir. Bu il "Metrovaqonmaş” şirkətindən ümumilikdə 30 ədəd vaqon alınacaq.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?































