"Bakı Metropoliteni"nin sabiq işçisinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ümüd Kərimov və Elçin Teymurovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, Ü.Kərimov "Bakı Metropoliteni" QSC-də qaynaqçı vəzifəsində çalışıb. Məhkəmənin baxış iclası iclası yanvarın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2018-ci ilin avqustun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib. Ü.Kərimovla E.Teymurov Bakı şəhər sakini Ələkbər Rəcəbovun taksi xidməti göstərdiyi avtomobilə sərnişin qismində oturub, Qala qəsəbəsinə gedəcəklərini bildiriblər.
Qala qəsəbəsinin ərazisində onlar sürücünü bıçaqla hədələyib, 35 manat pulunu, mobil telefonunu və avtomobilin açarlarını alaraq hadisə yerindən qaçıblar.
Xəzər Rayon Polis İdarəsinin əməliyyatçıları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ü.Kərimov və E.Teymurovu Qala qəsəbəsi ərazisində saxlayıblar. Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarı olan çanta götürülüb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










