Bakı metrosu gücləndirilmiş rejimdə çalışacaq

Bakı metrosu Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, martın 20-si və 21-də stansiyalara əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək: "İlk növbədə ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Əgər həmin günlərdə stansiyalarda sərnişin sıxlığı olarsa, həmin qatarlar xəttə buraxılacaq. Bununla yanaşı, bütün stansiyalarda növbəli iş rejimi davam etdiriləcək. Şəhər mərkəzində keçirilən bütün tədbirləri nəzərə alaraq bütün stansiyalar hazır vəziyyətdə olacaq".
B.Məmmədov bildirib ki, bayram günlərində stansiyaların iş qrafikində dəyişiklik edilməyəcək: "Yəni bütün stansiyalar səhər saat 06:00-dan gecə saat 00:00-dək işləyəcək. Çünki Novruz bayramında şəhərdə gecə saatlarında tədbir olmadığından stansiyaların əlavə iş saatında işləməsinə də ehtiyac yoxdur. Amma sərnişin sıxlığı olarsa, ehtiyat qatarlar xəttə buraxılacaq və bu da qatarların hərəkət qrafikində dəyişikliklə nəticələnə bilər".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












