Bakı metrosu ilə 2 saata 35 min sərnişin daşınıb - Yeni il gecəsi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin qatarları ilə dekabrın 31-dən yanvarın 1-dək adi günlərlə müqayisədə 120 mindən çox sərnişin daşıyıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bayram günlərində əvvəlki qeyri-iş günləri ilə müqayisədə sərnişin çoxluğu müşahidə olunub: "Təkcə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 2 saat ərzində 35 min nəfərdən artıq sərnişin daşınıb. Ən çox sərnişin mərkəzə yaxın stansiyalarda, xüsusən də "Sahil"də olub".
B.Məmmədov əlavə edib ki, sərnişin sıxlığı zamanı metro stansiyalarında heç bir hadisə qeydə alınmayıb: "Stansiya əməkdaşları gecə saatlarına qədər gücləndirilmiş iş rejimində çalışıb, sərnişinlərin təhlükəsiz hərəkəti və mənzil başına çatdırılması üçün əlindən gələni edibı\r. Sərnişinlərin təhlükəsizliyini təmin etmək və onların mənzil başına rahat çatdırılması üçün bütün stansiyalar gecə saat 02:00-a qədər işləyib".
Qeyd edək ki, Bakı metrosu ilə gün ərzində orta hesabla 430 minə qədər sərnişin daşınır.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










