Bakı metrosunda oğlanın qıza təcavüz etməsinə - Metro rəsmisindən CAVAB

Dünən axşam 18:30 radələrində paytaxtın "İçərişəhər" metrostansiyasından "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda iyrənc olay baş verib. Metrodakı sıxlıqdan istifadə edən 28-30 yaşlarında şəxs təxminən 20-21 yaşlarında olan qıza təcavüz edib.Tələbə qız "Koroğlu"ya çatan qatarın qapıları açılanda "Get anana, bacına o hərəkəti elə" sözlərini yüksək səslə qışqırıb. "Manyak" qızın reaksiyasından dərhal sonra qatarın dayanmağından istifadə edərək, metronu tərk edib. Sinirdən əsən qızın ürəyi gedib. Digər sərnişinlər qızın dilinin qatlanmasının qarşısını almaq üçün xeyli əziyyət çəkiblər. Hadisə yerinə polis əməkdaşları gəlib. Sərnişinlərin və polislərin köməyi ilə qız platformadan çıxarılıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı sonxeber.az-a Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlama verib.
B.Məmmədov bildirib ki, dünən baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarına rəsmi müraciət olunmayıb: "Ola bilər ki, sərnişinlər arasında mübahisə yaranıb. Ancaq bu haqda polis əməkdaşına və ya metro işçilərinə heç bir müraciət olunmayıb. Və yaxud da asayışın pozulması həddində bir olay (hay-küy qaldırılması, yüksək səslə mübahisə və s...) baş verməyib".
Qeyd edək ki, baş vermiş olayla bağlı milli.az saytı məlumat yayıb. Hadisə şahidi olan qadınların verdikləri məlumata görə, olayın şahidi olan bəzi kişiər buna heç bir reaksiya verməyiblər.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












